
Rusiya ordusu Dnepropetrovsk vilayətinin inzibati sərhədinə qədər irəliləyərək bölgəyə daxil olmaq üçün cəhdlərini davam etdirir.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Xortıtsya” Operativ-Strateji Qruplaşmasının sözçüsü Viktor Trequbov bildirib.
Onun sözlərinə görə, hazırda vilayət ərazisində Rusiya hərbçiləri yoxdur:
“Hazırkı vəziyyətə əsasən deyə bilərik ki, Dnepropetrovsk vilayətinin ərazisində düşmən yoxdur. Bəli, döyüşlər inzibati sərhədə, orada yerləşən ayrı-ayrı yaşayış məntəqələrinə qədər yaxınlaşıb. Hələlik Rusiya ordusunun vilayət sərhədi yaxınlığında heç bir ərazini işğal etməsi faktı qeydə alınmayıb”
Trequbov vurğulayıb ki, ayrı-ayrı diversiya qruplarının Dnepropetrovsk vilayətinə sızması mümkündür. Lakin bu cür hallar digər sərhəd bölgələrində də baş verə bilər. Məsələn, Belarus ərazisindən Volın vilayətinə diversantların daxil olması ehtimalı da istisna edilmir.