Göygöldə 51 yaşlı qadını elektrik cərəyanı vurdu

  • By Günel
  • 13 İyul 2025 12:13

Göygöl rayonunda 51 yaşlı qadını elektrik cərəyanı vurub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində baş verib.

Rayon sakini 1974-cü il təvəllüdlü Şərəfət Verdiyevanı yaşadığı evdə elektrik cərəyanı vurub. Daha sonra qadın yıxılıb və onun sol biləyu sınıb. Ş. Verdiyeva yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib vəziyyəti orta-ağırdır.

Gununsesi.info