Sumqayıtda evdə kişi meyiti tapılıb

  • By ilhame
  • 29 İyul 2024 19:58

Sumqayıtda mənzildən 37 yaşlı kişinin meyiti tapılıb.

Gununsesi.info-nun yerli bürosu məlumat verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Səbuhi Salam oğlu Şirinovun meyiti yaşadığı mənzildə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info