Hidayətin finaldakı rəqibi fransızdır

  • By ilhame
  • 29 İyul 2024 19:27

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.

 

Gununsesi.info-nun məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimizin finaldakı rəqibi fransalı Joan-Benjamin Qaba olacaq.

 

23 yaşlı Qaba, son olaraq 2024-cü ildə Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Qeyd edək ki, Hidayət finala çıxmaqla Paris-2024-də ilk medalımızı rəsmiləşdirib. O, ən azı Olimpiadanın gümüş medalını təmin edib.

Gununsesi.info