
“TikTok”un ABŞ-dəki gələcəyi qeyri-müəyyən olaraq qalsa da, “İnstagram”ın Reels üçün müstəqil bir proqram yaratmağı planlaşdırdığı bildirilir. “İnstagram” meneceri Adam Mosserinin komandası ilə bu məsələni müzakirə etdiyi bildirilsə də, Meta məsələ ilə bağlı hələlik susur.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çin sosial media nəhəngi “İnstagram”ın qısa video formatı Reels üçün ayrıca bir tətbiq nəzərdən keçiriləcəyini iddia edib.
Texnologiya dünyası ilə bağlı xəbərləri paylaşan “The Information” bu planı “İnstagram” meneceri Adam Mosseri tərəfindən komandası ilə paylaşıldığını bildirib.
“İnstagram”ın sahibi olan Meta şirkəti BBC-nin sorğusuna cavab verməyib.
Digər tərəfdən, “TikTok”a təzyiqlər davam edir. Belə ki, yanvar ayında ABŞ-nin prezidenti Donald Tramp “TikTok”a sanksiyaları ehtiva edən qanuna əməl etmək üçün əlavə 75 gün vaxt vermişdi. Sözügedən qanun daha sonra prezident Co Bayden tərəfindən imzalanıb və platformanın ya satılmasını, ya da qadağan edilməsi tələbini ortaya qoymuşdu.
Günel Həsənova