Cəlilabadın gənc sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

  • By ilhame
  • 25 İyun 2024 23:02

Cəlilabadın Qarazəncir kənd sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

 

Belə ki, orada istirahət edən 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya atılan zaman başı daşa dəyib. Ağır xəsarət onun ölümünə səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info