Raket hissələrini ornamentə çevirdilər

SpaceX-in keçən həftə sınaq uçuşu üçün Texasdan buraxdığı raket havada partlayıb və onun hissələri Floridada istirahət edən amerikalı cütlük tərəfindən tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, cütlük həmin parçaları ornamentə çevirib.

Bildiririk ki, SpaceX-in keçən həftə sınaq uçuşu üçün Texasdan atdığı raket havada partlayıb. Onun parçaları Floridada istirahət edən amerikalı cütlük tərəfindən tapılıb. Raketin parçalanması yerdəki müşahidəçilər üçün təsirli işıq şousuna çevrildi.

Floridadan olan Zavet cütlüyü 7News-a müsahibəsində bildiriblər ki, bir dostunun ad günü şənliyi zamanı raketin partladığı anın şahidi olublar. Başlanğıcda partlayışın meteor yağışı olduğunu düşünən cütlük təəccüblənib:

“Əvvəlcə bir səs eşitdik, amma nə olduğunu anlaya bilmədik. Göyə baxanda bunun meteor yağışı olduğunu düşündük. Biz əvvəllər heç vaxt belə bir şey görməmişdik” dedi.

Partlayış anını uçan ulduz kimi qəbul edən cütlük əvvəlcə arzu etmək fikrinə də düşüb: “Gördüklərimizi böyük ulduz zənn etdik və arzu etdik. “Bu, həqiqətən dəli bir təcrübə idi.”

Lakin parçaların yerə düşməyə başladığını görəndə cütlük bunun ulduz olmadığını anlayır. Cütlük raket hissələrini toplamaq üçün yanına gedib və əlcək taxaraq bu hissələri diqqətlə yığıb. Zavet həyat yoldaşının ona xəbərdarlıq etdiyini və “Ehtiyatlı ol, təhlükəli ola bilər. İçində radiasiya ola bilər” dediyini bildirib.

Hazırda Mayami-Biçdəki evlərində saxladıqları raket hissələri cütlük üçün həyatda bir dəfə yaşanan təcrübə kimi qeyd edilib. Zavet bu anın onlar üçün unudulmaz olduğunu bildirib.

Cütlük tapdıqları parçaları X sosial media platformasında paylaşdıqları zaman parçaları almaq istəyənlərin dərhal onlarla əlaqə saxladıqlarını, lakin bu səma xatirələrini hələlik saxlamağa qərar verdiklərini bildirib.

Orxan Saffari

Gununsesi.info