Antalyada 12 mərtəbəli hoteldə yanğın - YENİLƏNİB - VİDEO

  • By Günel
  • 27 Yanvar 2025 19:23

Türkiyənin Antalya bölgəsində 12 mərtəbəli hotelin tikintisində baş verən yanğında içəridə qalan 4 işçi xilas edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Alanya Bələdiyyə sədri Osman Tarık Özçelik bildirib.

Binada digər işçilərin olub-olmamasını aydınlaşdırmaq üçün hadisə yerində xilasedicilər əməliyyatı davam etdirir.

***

Türkiyənin Antalya bölgəsində 12 mərtəbəli binada yanğın olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, hadisə Antalyanın Alanya rayonunda təmirdə olan binanın 1-ci mərtəbəsində baş verib. Oraya yanğınsöndürmə briqadası göndərilib və yuxarı mərtəbələrdə qalan işçilərin xilas edilməsi işləri görülür.

Bölgəyə tibb işçiləri və polis də göndərilib.