Şimali Koreya qoşunları müvəqqəti olaraq geri çəkilir

Şimali koreyalı əsgərlər ağır itkilərdən sonra müvəqqəti olaraq cəbhə xəttindən geri çəkiliblər.

Gununsesi.info  verir ki, bu barədə Sky News” Ukrayna kəşfiyyatına istinadən xəbər verir.

Nəşr bildirir ki, onlar əsir düşməkdənsə, özlərini partlatmağı üstün tuturlar.

Kəşfiyyatçılar bir neçə dəfə koreyalı əsgərlərin özlərini partlatmazdan əvvəl “hər şey general Kim Çen In üçün” sözlərini dilə gətirdiklərinin şahidi olublar. Bunu əsir düşən koreyalılar da təsdiq edib.

Bildirilib ki, ümumiyyətlə, koreyalılar müasir müharibə üslubundan xəbərsizdirlər. Onlar PUA və artilleriya təhlükəsini düzgün qiymətləndirmir, ərazilərin minalı olub olmamasını yoxlamadan irəliləyir və nəticədə çox asanlıqla böyük itkilər verirlər.

Hətta hücuma keçən 20-40-60 nəfərlik qrup bəzən qısa müddətə asanlıqla məhv edilir.

 

 

Günay

Gununsesi.info