
Qeyri-demokratik seçkilərlə özünü yenidən prezident elan edən Aleksandr Lukaşenko Avropa İttifaqı başda olmaqla sivil dünyanın 26 yanvarda keçirilən seçkilərin nəticələri barədə mövqeyini şərh edib.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi məlumata görə, Lukaçenko tənqidi bəyanatların onun üçün maraqsız olduğunu dilə gətirib: ““Bu seçkiləri tanıyıb-tanımamaq – zövq məsələsidir. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, belaruslular bu seçkiləri tanıyır”.
Belarusun avtoritar lideri Aleksandr Lukaşenko yeddinci müddətə prezident postuna seçilməyi təmin edib. Avropa İttifaqı liderləri bu seçkini “saxta” adlandırıb.
Səslərin hamısı sayıldıqdan sonra Belarusun Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə əsasən, 26 yanvar seçkisində Lukaşenkonun 86.8 faiz səs topladığını açıqlayıb. Onun ən yaxın rəqibi Sergey Sirankov isə 3.2 faiz səs qazanıb.
Afət Abbasova
Gununsesi.info