Melaniya Trampın portret kodları: - O hansı siqnalları verib - FOTO

  • By Günel
  • 28 Yanvar 2025 14:21

ABŞnin birinci xanımı Melaniya Trampın rəsmi fotosu Ağ Ev tərəfindən yayımlanıb. Mütəxəssislər fotonu araşdırıb. Belə ki, Melaniya Trampın portretinin kodları

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, ABŞ-nin birinci xanımı olan Melaniya Trampın rəsmi portreti yayılıb.

Foto Donald Trampın andiçmə mərasimindən bir gün sonra Ağ Evdə çəkilib. Ağ-qara fotoda Melaniyanın tünd kostyum və ağ köynək geyindiyi görünür.

Melaniya Trampın əlləri Sarı Oval Ofisdə stolun üstündə dayanıb və fotonun fonunda Vaşinqton abidəsi görünür.

Melania Trump portresinin şifreleri

Foto 20 ildən artıqdır ki, Tramp ailəsinin şəkillərini çəkən belçikalı fotoqraf Régine Mahaux tərəfindən çəkilib.

Mahaux BBC-yə bildirib: “İkinci dəfə birinci xanımın şəklini çəkmək üçün seçildiyimə görə çox qürur duyuram. Belə ruhlandırıcı bir qadınla işləmək bir rəssam kimi böyük bir imtiyazdır. O, mükəmməldir.”

ABŞ və İngiltərə mediası Trampın Dolce & Gabbana-nın hazırladığı kostyumu seçdiyini yazarkən, Melaniya Trampın xüsusilə zinət əşyaları və aksesuarlara üstünlük vermədiyini vurğulayıbar.

Mütəxəssislər Melaniya Trampın zinət əşyaları taxmamaqla bütün diqqətləri üzərinə çəkmək istədiyini bildiriblər.

Pensilvaniya Universitetinin incəsənət tarixi departamentinin rəhbəri Gwendolyn DuBois Shaw: “Melaniya Tramp Ağ Evdə bu cür fotolar çəkdirməklə uzun müddət burada qalacağını siqnalını verib” , – deyib.

Digər tərəfdən moda yazıçısı və tənqidçi Elli Violet Bramley Trampın ənənəvi birinci xanım rolundan kənara çıxmağa hazırlaşdığını bildirib:

“Melaniya Tramp institusional gücə yaxın dayanır. Onun stolun üstündəki əlinin qoyuluşu və duruşu bizneslə məşğul olmağa hazır olduğunu bildirir. Həmçinin dörd ildən sonra Melaniya Tramp Ağ Evdə daha uzun müddət qalacağına işarə edir”,- deyə bildirib.

“Vaşinqton abidəsinin fotoşəklin arxa fonunda olması onun bu dörd illik müddət ərzində təkcə Nyu York və ya Mar-a-Laqoda deyil, Vaşinqtonda qalacağını deməyə əsas verir”, – deyə Bramley qeyd edib.

2017-ci ilə aid rəsmi fotonun rəngli olduğu qeyd edilərkən, Trampın birbaşa kameraya baxmasının da əhəmiyyətli bir detal olduğu ifadə edilib.

Mütəxəssislər bu şəklin Melaniya Trampın həyat yoldaşı ilə daha çox rəsmi səfərlərə gedəcəyinə işarə olduğunu izah ediblər.

Günel Həsənova

Gununsesi.info