Birbank mobil tətbiqində yaranan narahatlıqla bağlı açıqlama

  • By Günel
  • 27 Yanvar 2025 21:21

Xəbər verdiyimiz kimi bir neçə saatdır ki, Kapital Banka məxsus Birbank mobil tətbiqində problem yaranıb. Belə ki, Birbank tətbiqində vətəndaşların hesabında olan pullar görünmür. Problemlə bağlı Kapital Bank açıqlama yayıb.

Gununsesi.info həmin açıqlamanı təqdim edir:

Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq.
Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də “Apple Pay” və “Google Pay” ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik.

Gununsesi.info