Gənc atletimiz rekorda imza atıb

  • By Günel
  • 27 Yanvar 2025 19:45

Gənc atlet İlahə Quliyeva Azərbaycan rekorduna imza atıb.

Gununsesi.info xəbər verir ki, idmançımız atletika üzrə Bakı qış çempionatında fərqlənib.

O, 400 m məsafəyə qaçışda 20 yaşadək qızlar arasında qapalı məkanlar üçün ən yüksək nəticə göstərib.

Qeyd edək ki, İlahə finişə 56.50 saniyəyə çatıb.

Gununsesi.info