
İsrail ordusu Qəzza zolağında fələstinliləri atəşə tutaraq HƏMAS-la əldə olunan atəşkəs razılaşmasını pozduğunu, onların öz qüvvələrinə təhlükə yaratdığını iddia edərək etiraf edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ordudan verilən açıqlamada Qəzzanın müxtəlif bölgələrində İsrail qüvvələrinə doğru hərəkət edənlərə atəş açdıqları bildirilib.
Həmas heyəti də atəşkəs və əsir mübadiləsi razılaşması ilə bağlı hadisələri müzakirə etmək üçün Misirə gedib.
Ordudan verilən yazılı açıqlamada, “Qüvvətlərimiz son 24 saat ərzində Qəzza zolağında təhlükəsizlik qüvvələrimizə təhlükə yaradan şübhəlilərə qarşı intensiv əməliyyatlar həyata keçirib” bəyanatları daxil edilmişdir.
Açıqlamada Qəzza zolağının müxtəlif bölgələrində şübhəlilərin İsrail qüvvələrinə doğru hərəkət edərək təhlükə törətdiyi və əsgərlərin onlara atəş açdığı çoxlu hadisələrin olduğu iddia edilib.
İsrail ordusunun ötən gecə Qəzza zolağında atəşkəsi pozaraq at arabasını hədəfə aldığı hücumda bir qızın öldüyü, 3 mülki vətəndaşın isə yaralandığı bildirilib.
Orxan Saffari