
ABŞ prezidenti Donald Tramp sərhəd təhlükəsizliyini artırmaq üçün əlavə maliyyəyə ehtiyac duyacaqlarını və Konqresin bu mövzuda addım atmasını istədiklərini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp Konqresdəki Respublikaçıların bir araya gəldiyi Mayamidə keçirilən partiya toplantısında sərhəd təhlükəsizliyi ilə bağlı açıqlamalar verib.
Tramp prezidentliyinin ən mühüm daxili siyasət mövzularından birinin ABŞ- Meksika sərhədinin təhlükəsizliyi olduğunu və prezidentliyinin ilk günündə imzaladığı fərmanlarla bu mövzuda aydın addımlar atdığını vurğulayıb.
“Mən qarşıdakı həftələrdə ABŞ-ın suveren sərhədlərini tam və daimi olaraq bərpa etmək planlarımızı maliyyə cəhətdən əhatə edən qanun layihəsi üzərində Konqreslə işləməyi səbirsizliklə gözləyirəm”,- o, bildirib.
ABŞ-ın keçmiş prezidenti Co Baydenin sərhədi keçən qeyri-qanuni miqrantlara göz yumduğunu bildirən Tramp, seçkilərdə qələbə qazanmasında mühüm amilin sərhəd təhlükəsizliyini təmin etmək üçün verdiyi qəti və güclü vəd olduğunu qeyd edib.
Orxan Saffari