“Mini Ay” Yerin bir hissəsi ola bilər

Astronomlar bir müddət əvvəl müşahidə edilən və “mini-ay” adlandırılan “2024 PT5” adlı asteroidin Aydan qopan bir parça ola biləcəyini iddia ediblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, diametri 10 metr olan göy cismi Ayın səthinə bənzər mineralları daşıyır və Günəş ətrafında orbitdə hərəkət edir.

Avqustun 7-də ATLAS teleskop sistemləri ilə ilk müşahidə aparılıb. NASA mütəxəssisləri bu kəşfin Aydan qopan meteoritlərin populyasiyasını anlamaqda mühüm addım olduğunu vurğuladılar.

 NASA ekspertləri təsdiqləyiblər ki, ‘2024 PT5’ meteorların hərəkətinə uyğun sıxlıq və davranış nümayiş etdirir. “2024 PT5” Aydan ayrılan Yerə bənzər orbitə malik ikinci obyekt kimi qeydə alınıb.

Orxan Saffari

Gununsesi.info