Bakı metrosunda rekord

  • By Günel
  • 27 Yanvar 2025 19:59

2024-cü ildə metro tarixində bir gündə daşınan sərnişin sayına görə rekord qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin “Facebook” hesabında paylaşım edilib.

Bildirilib ki, 2024-cü il sentyabrın 16-da 898 180 sərnişin metrodan istifadə edib. 2-ci ən yüksək göstərici də ötən il qeydə alınıb. Belə ki, noyabrın 7-də metrodan 885 786 sərnişin istifadə edib.

3-cü rekord göstərici isə 2018-ci ilin 24 dekabr tarixinə təsadüf edir. Həmin gün metropoliten 882 254 sərnişinə xidmət göstərib.

Gununsesi.info