AŞ PA Gürcüstan nümayəndə heyətinin mandatını təsdiqləmədi - DEMOKRATİK NİZAM DAĞIDILMA MƏRHƏLƏSİNDƏDİR

  • By admin
  • 27 Yanvar 2025 16:07

Bu gün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası öz işinə başlayıb.

Gununsesi.infonun xəbərinə görə, sessiyada Gürcüstanın nümayəndə heyətinin etimadnaməsinə ciddi əsaslarla etiraz edilib və nəticədə bu ölkənin nümayəndə heyətinin mandatının təsdiqlənməsi təxirə salınıb.

Çağırış edən Boriana Aberq (İsveç, EPP/CD) Gürcüstan parlamentinin “birpartiyalı parlament” olduğunu və Gürcüstanda demokratik nizamın dağıdılma mərhələsində olduğunu bildirib.

O, “Qaydaların” tələbinə uyğun olaraq, məsələyə baxılmasını təklif edib.

AŞ PA-nın qərarı ilə Gürcüstanla bağlı hesabat üçün Assambleyanın Monitorinq Komitəsinə, rəy üçün isə Qaydalar Komitəsinə sənəd göndərilib.

Gürcüstan nümayəndə heyətinin mandatının taleyi 29 yanvar çərşənbə günü günortadan sonra Assambleyada müzakirə olunacaq.

“Qaydalar”a əsasən, Assambleya üç variantdan birinə səs verməlidir: etimadnamələri ratifikasiya etmək, onları ratifikasiya etməmək və ya nümayəndə heyəti üzvlərinin bəzi iştirak, təmsilçilik hüquqlarından məhrum etməklə, o cümlədən həyata keçirilməsini dayandırmaqla birlikdə ratifikasiya etmək.

Qeyd edək ki, Gürcüstanda keçirilən son parlament seçkiləri beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.

Ölkədə kütləvi etirazlara baxmayaraq, MSK  seçkilərini nəticələrini təsdiqləyib.

 

Afət Abbasova

Gununsesi.info