Rusiya aviabiletlərə qiymət həddi tətbiq edəcək

  • By Günel
  • 28 Yanvar 2025 08:20

2025-ci ilin sentyabrınadək bütün Rusiya aviadaşıyıcıları öz tarif siyasətlərini əsaslandıran daxili sənəd təqdim etməli olacaqlar.

Gununsesi.info xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Federal Antiinhisar Xidməti (FAS) və Rusiyanın Nəqliyyat Nazirliyi aviaşirkətlərə kommersiya siyasətlərinin əsas müddəalarının formalaşdırılması üzrə tövsiyələrlə birgə məktub göndəriblər.

İki daşıyıcı artıq cavab verib ki, iqtisadi cəhətdən əsaslandırılmış tarifdən aşağı olan aviabiletlərin payı azı 60 faiz, maksimal tarif üzrə biletlərin payı isə 2,5 faizdən az olacaq.

Bununla belə, aviabiletlərin qiymət həddi hələlik bu kommersiya siyasətləri ilə normativ olaraq məhdudlaşdırılmır.

Gununsesi.info