Qapalı qalan qaçaq mədənçilər bir-birini yedi - FOTOLAR

  • By Günel
  • 27 Yanvar 2025 16:09

Cənubi Afrikada qeyri-qanuni olaraq işlədilən bir qızıl mədənində qapalı qalan işçilərin, rəsmilərin onları çölə çıxmağa məcbur etmək məqsədilə tədarüklərini kəsdikdən sonra sağ qalmaq üçün adamyeyənliyə əl atdıqları ortaya çıxıb. Bir müddət əvvəl iddia olaraq ortaya çıxan xəbər, İngiltərə mətbuatına edilən etiraflardan sonra öz təsdiqini tapıb.

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, keçən həftə Yohannesburqdan təxminən 150 kilometr aralıda yerləşən keçmiş Buffelsfontein Qızıl Mədənindən 324 nəfər çıxarılaraq qanunsuz mədənçilər və polis arasında aylarla davam edən gərginliyə son qoyuldu. Ancaq mədən işçilərinin, o cümlədən adamyeyənliyin hekayələri indi ortaya çıxıb…

78 qaçaq mədənçi aylarla qida və su çatışmazlığından təxminən 1,5 km yerin altında qalaraq ölüblər. Girov müqabilində azad edilmiş, lakin qaçaq mədənçilik və qızıl saxlama ittihamı ilə üzləşən və çəlimsizlikləri ilə diqqətçəkən iki nəfər “The Telegraph”-a sağ qalmaq üçün istifadə etdikləri dəhşətli üsullardan danışıb.

Qaçaq mədənçilədən biri BBC-yə bildirib ki, qida çatışmazlığı səbəbindən yeddi nəfər üçün nəzərdə tutulmuş qəfəslərə cəmi 13 nəfər sığa bilib:

“Onlar çox susuz idilər və xeyli arıqlamışdılar, ona görə də biz onlardan daha çoxunu qəfəsə sığdıra bildik. Çünki iki gün də mədəndə qalsaydılar, sağ qalmayacaqdılar. Onları mümkün qədər tez bayıra çıxarmasaydıq öləcəkdilər”.

Polisin mədənçilərin öz istəkləri ilə çıxmaqdan imtina etmələri ilə bağlı iddialarını da təkzib edərək qaçaq mədənçi: “İnsanların çölə çıxmaq istəmədikləri yalandır. Bu insanlar kömək üçün fəryad edirdilər. Aclıq və susuzluqdan hərəkət edə bilmirdilər”.

Xilasetmə əməliyyatında iştirak edən şəxs BBC-yə bildirib ki, mədənə enəndən və çürüyən cəsədləri gördükdən sonra artıq ət yeyə bilmir:

“Bu cəsədlər çox pis iy verirdi… Mənə dedilər ki, bəziləri yemək tapmaq şansı olmadığı üçün mədəndə başqa adamları yemək məcburiyyətində qalıblar. Onlar tarakan da yeyiblər. Həyatda qalmaq üçün ayaqlarını, qollarını və qabırğalarını kəsiblər və bunun tək çarəsi olduğunu bildiriblər.

Bu şok faktlar Cənubi Afrikada baş verən hadisə ilə bağlı müzakirələri daha da dərinləşdirib. Bəziləri polisi dəstə üzvlərinə qarşı sıfır tolerantlıq siyasəti həyata keçirdiyinə görə tərifləyiblər. Bəziləri isə, o cümlədən aparıcı həmkarlar ittifaqları, dövləti “yaxın tarixin ən dəhşətli etinasızlıq hərəkətlərindən biri” kimi ittiham ediblər.

Cənubi Afrika parlamentinin deputatı İan Cameron deyib: “Əgər polis insanların çıxmasına mane olubsa və onların aclıqdan ölməsinə səbəb olubsa, o zaman ciddi araşdırma aparılmalı və hadisədə iştirak edən polis əməkdaşları üçün lazımi tədbirlər görülməlidir”. Cameron həmçinin polisi bədnam dəstə liderinin qaçmasına icazə verdiyinə görə tənqid edərək bildirib: “O adamın qaçmasına icazə verilməsi və polisin bunu etiraf etməsi, bir çox şübhələr yaradır”.

Günel Həsənova

Gununsesi.info