
Alimlər Təbaşir Dövrünə (Mezozoy erası) aid uçan sürünən gənc pterodaktilin qalıqlaşmış boyun sümüyündə timsahabənzər heyvanın hücumunun əsas əlamətlərini aşkar ediblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kanadanın Alberta ştatında tədqiqat aparan paleontoloqlar Azhdarchidae ailəsindən olan pterozavrın boyun sümüyünü aşkar ediblər.
Təxminən 76 milyon il əvvələ aid olan boyun sümüyünün Cryodrakon boreas cinsinə aid bir bala heyvana aid olduğu müəyyən edilmişdir. Balanın qanadlarının 2 metr olduğu təxmin edilərkən, bu növün yetkinlərinin qanadlarının 10 metr olduğu bildirildi.
Dinozavrlarla yanaşı yaşayan bu pterozavrlar ailəsi indiyə qədər səmada uçan ən böyük heyvanlar olub.
Sümük üzərində təcrübə keçirən elm adamları onun üzərində 4 millimetrlik dişləmə izi görüblər.
Kanada Kral Tyrrell Paleontologiya Muzeyindən Dr. Caleb Brown və komandası dişləmənin timsahabənzər bir heyvanın olduğunu müəyyən edib. Onların tapıntıları 23 Yanvar Paleontologiya Jurnalında dərc edilib.
Günel Həsənova