
Amerikanın texnologiya şirkəti Google, Meksika Körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, lakin bu dəyişikliyin yalnız Amerikada meydana çıxacağı bildirilib.
Googler Maps sosial media hesabından edilən açıqlamada Amerika Coğrafi Adlar Sistemində edilən dəyişiklikdən sonra Meksika Körfəzinin Amerika Körfəzi ilə əvəzlənəcəyi bildirilib.
Ad dəyişikliyinin Meksikadakı istifadəçilərə əks olunmayacağı bildirilib .
ABŞ və Meksikadan başqa ölkələrin hər iki adı görəcəyi bildirildi.
Alyaskada yerləşən və Şimali Amerikanın ən hündür dağı olan Denalinin adının McKinley dağı olaraq dəyişdiriləcəyi açıqlanıb.
ABŞ Daxili İşlər Nazirliyindən verilən açıqlamada, “Prezidentin göstərişi ilə Meksika körfəzi bundan sonra rəsmi olaraq Amerika Körfəzi adlandırılacaq ” ifadələrindən istifadə edilmişdir.
Bəyanatda vurğulanır ki, bu dəyişikliklər ABŞ-ın qeyri-adi irsini qorumaq və gələcək nəsillərə ötürmək məqsədi ilə edilib
Orxan Saffari