
Böyük Britaniyada 200 şirkət işşilərin həftədə 4 gün işləməsini daimi etmək üçün hərəkətə keçdi. Gəlir itirmədən 32 saatlıq iş modelinə keçən şirkətlər məhsuldarlığı və həyat keyfiyyətini artırmağı hədəfləyir.
Gununsesi.info xarixi KİV- ə istinadən xəbər verir ki, 4 Günlük Həftə Fondu tərəfindən həyata keçirilən bu təşəbbüs müxtəlif sektorlardan olan şirkətlərdən dəstək alıb.
Kampaniyaya qatılan şirkətlər işçilərin gəlirlərini itirmədən həftədə cəmi 32 saat işləməsinə imkan verəcək bir model üzərində razılığa gəliblər.
Fond rəsmiləri bu tənzimləmənin səmərəliliyi artırmaq və işçilərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıdığını bildiriblər.
Kampaniyada iştirak edən şirkətlərin əksəriyyətini marketinq, reklam və mətbuatla əlaqələr sahələrində fəaliyyət göstərən şirkətlər təşkil edib.
Qeyd edək ki, şirkətlərdən 59-u Londonda yerləşir.
Ümumilikdə 5000-dən çox işçini əhatə edən bu təşəbbüs Böyük Britaniyanın iş dünyasında iş standartlarında əhəmiyyətli transformasiya hesab olunur.
Günel Həsənova