Saatlıda qətl hadisəsi baş verib

  • By ilhame
  • 06 İyul 2024 19:39

İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info- ya bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.

Gununsesi.info