Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

  • By ilhame
  • 29 İyun 2024 20:58

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

Gununsesi.info-nun Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, iki avtomobil ötüşən zaman biri idarəetmədən çıxaraq digər nəqliyyat hadisəsinə çırpılıb və zəncirvari avtomobil qəzasına səbəb olub.

Hadisə zamanı bütün avtomobillərə ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info