
İsrail ordusunun Qəzza zolağına ötən il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 48 saatda 87 nəfər artaraq, 38 min 98-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada bildirilib.
İsrail ordusunun son 48 saatda Qəzzanın müxtəlif bölgələrində 7 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 87 fələstinlinin həyatını itirdiyi, 260 nəfərin yaralandığı ifadə edilib.
Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 38 min 98-ə, yaralıların sayı isə 87 min 705-ə yüksəlib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.
Ceyhun
Gununsesi.info