Salyanda yol qəzası olub, bir ailənin dörd üzvü xəsarət alıb

  • By ilhame
  • 02 İyul 2024 22:28

Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Şorsulu kənd ərazisində qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Quliyeva Raziya Abasağa qızı, 1961-ci il təvəllüdlü Quliyev Bəhram Pilağa oğlu, 2011-ci il təvəllüdlü Cavadov Kənan Seymur oğlu və 2023-cü il təvəllüdlü İsmayılzadə Fidan İlkin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info