
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iyulun 15-dən 16-dək Maltada Kiber/İKT Təhlükəsizliyi üzrə “Milli Kiber Dayanıqlılığın Gücləndirilməsi” mövzusunda ATƏT-in illik Sədrlik Konfransını keçirəcək.
Gununsesi.info xəbər verir ki, konfransın məqsədi İnformasiya Kommunikasiya Texnologiyalarının istifadəsi nəticəsində yaranan münaqişə riskləri haqqında məlumatlılığı artırmaqdır və kiber davamlılığın artırılmasını müzakirə etmək imkanı verir.
ATƏT-in Etimad Artırma Tədbirlərinin həyata keçirilməsini nəzərdən keçirmək, kiberməkana təsir edən təhlükəsizliyə qarşı risk və təhdidləri və bu çağırışlara birgə cavab tədbirlərini necə inkişaf etdirməyi müzakirə etmək üçün dəyərli platforma təklif ediləcək.
Konfransda həmçinin süni intellektdən istifadənin artması nəticəsində yaranan təhlükə və informasiya bütövlüyünün təmin edilməsinin vacibliyi də nəzərdən keçiriləcək.
Gununsesi.info