ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə salıb

  • By ilhame
  • 05 İyul 2024 19:00

ABŞ ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə “Noble Partner” hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqon bəyanat verib.

 

“Birləşmiş Ştatlar ikitərəfli ABŞ-Gürcüstan münasibətlərinin hərtərəfli nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu baxışın bir hissəsi olaraq, Birləşmiş Ştatlar Soylu Tərəfdaş təlimlərini qeyri-müəyyən müddətə təxirə salacaq”, – bəyanatda deyilir.

Gununsesi.info