Türkiyə millisi bu gün 1/4 final oyununa çıxır

Bu gün Avro-2024-ün 1/4 final mərhələsində daha 2 matç keçiriləcək.

Gununsesi.info xəbər verir ki, əvvəlcə saaat 20:00 İngiltərə – İsveçrə oyunu başlayacaq.

Saat 23:00-da isə azərbaycanlı futbol azarkeşlərinin də diqqətində olacaq Niderland – Türkiyə oyunu start götürəcək.

6 iyul

20:00. İngiltərə – İsveçrə
Baş hakim: Daniel Orsato (İtaliya)
Düsseldorf.Merkur Spiel-Arena

23:00. Niderland – Türkiyə
Baş haim: Kleman Turpin (Fransa)
Berlin, Olimpiya stadionu.