Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada yeniliklərlə tanış olublar - Fotolar

  • By ilhame
  • 05 İyul 2024 22:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.

 

Gununsesi.info xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şuşa şəhərinin sakinləri ilə söhbət etdi:

 

Sakinlər: Cənab Ali Baş Komandan, necəsiniz? Haqqınız olan, haqqımız olan şəhərə xoş gəlmisiniz.

 

Prezident İlham Əliyev: Sağ olun. Sizə alqışlar.

 

Sakinlər: Yaşasın Azərbaycan xalqı!

 

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?

 

Sakinlər: Əla.

 

Kişi sakin: Cənab Prezident, 1982-ci ildə rəhmətlik Heydər Əliyev Şuşaya qışda gələndə yazmışdım: “Oğlumu göylərdə tutan el gördüm Şuşada”. 2003-cü ildə Siz prezident seçkisinə gedəndə mətbuatda ilk dəfə canlı yayımda mən Sizi təbrik edərək demişəm:

 

“Yolun qarasında sına bəxtini,

 

Yolun adı elə ağdı Səninçün,

 

Şuşaya yolları sən dolanmasan,

 

Bu dünya ömürlük dağdır Səninçün”.

 

Şükür ki, bu yolu dolandıq.

Prezident İlham Əliyev: Sağ olun. Necə yaşayırsınız burada, hər şey yaxşıdır?

 

Sakinlər: Allaha şükür.

 

Prezident İlham Əliyev: Allaha şükür.

 

Uşaqlar: İlham baba, biz Sizi çox istəyirik.

 

Prezident İlham Əliyev: Sağ olun. İndi qardaş ölkələrin rəhbərləri də gəlib Şuşaya, gözəl tədbir keçiriləcək.

 

Aydın Kərimov: Bu, bizim rəssam Rövşən müəllimdir.

 

Prezident İlham Əliyev: Salam Rövşən müəllim, yeni əsərlər var?

 

Rəssam Rövşən Bayramov: Var, var.

 

Qadın sakin: Buyurun, baxın.

 

Aydın Kərimov: Sərgilənmək üçün yer ayırmışıq.

 

Prezident İlham Əliyev: Oradan görürəm, eyvanda. Bu, yeni əsərdir?

 

Rəssam Rövşən Bayramov: Bəli.

 

Prezident İlham Əliyev: Ay maşallah, ilham gəlib sizə doğma Vətənə qayıdandan sonra?

 

Sakin: Merdinli məhəlləsidir.

 

Prezident İlham Əliyev: Gəl, qızım, gəl.

 

Şuşalı qız: Necəsiniz?

 

Prezident İlham Əliyev: Sağ ol, sən necəsən?

 

Şuşalı qız: Çox sağ olun, yaxşıyam.

 

Prezident İlham Əliyev: Gəl şəkil çəkdirək. Neçə yaşın var sənin?

 

Şuşalı qız: Mənim 15 yaşım var. Birini də bizim telefonla çəkdirə bilərik?

 

Prezident İlham Əliyev: Olar, əlbəttə.

 

Aydın Kərimov: “Türk dünyasının gənclər paytaxtı”nın açarını bu qıza təqdim etmişdilər.

 

Prezident İlham Əliyev: Nə yaxşı. Yəqin sentyabrda məktəbə də gedəcəksən?

 

Şuşalı qız: Bəli. Sizin çox gözəl sözləriniz var: “Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan xalqına, Azərbaycan Ordusuna!”.

 

Prezident İlham Əliyev: Sağ ol, qızım.

 

Şuşalı qız: Çox sağ olun, minnətdaram.

 

Prezident İlham Əliyev: Sağ ol.

Gununsesi.info