
İyulun 15-dən 24-dək Ermənistanda Ermənistan və Amerika hərbçilərinin iştirakı ilə “Qartal tərəfdaşı” təlimi keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə iyulun 15-dən 24-dək Ermənistanda “Qartal tərəfdaşı 2024” birgə erməni-amerikan təlimləri keçiriləcək. Kanzas Milli Qvardiyası təlimlərdə iştirak edəcək və sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətləri sabitləşdirmək üçün əməliyyatlar aparacaq”, – deyə məlumatda qeyd olunub.
Ceyhun
Gununsesi.info