İranda andiçmə mərasimi olacaq

İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turu zamanı İranın rəhbəri seçilmiş Məsud Pezeşkiyanın andiçmə mərasimi yaxın vaxtlarda baş tutacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi məlumat verib.

Əhməd Vahidi yeni hökumətin inauqurasiya və təyinatının nə vaxt baş tutacağını dəqiq tarix deyə bilməsə də, qeyd edib ki, bu hadisələri gözləmək çox da uzun çəkməyəcək.

Eyni zamanda o, yeni prezidentin vəzifəyə başlaması prosedurunun təfərrüatlarına aydınlıq gətirib. Onun sözlərinə görə, Müşahidə Şurası bu seçkilərin keçirilməsini təsdiqlədikdən sonra İranın Ali Rəhbərinə məktubla namizədlərdən hansının son nəticədə seçildiyi açıqlanacaq.

Daha sonra məktub Ali Rəhbər tərəfindən təsdiqlənəcək və bundan sonra seçilmiş prezident parlamentdə andiçmə mərasimi keçiriləcək. Bundan sonra prezident yeni Nazirlər Kabinetini təyin edəcək.

Xatırladaq ki, İran prezidenti seçkilərində islahat qanadının namizədi Pezeşkian qalib gəlib.

Yeni prezident ölkədə baş verən etirazlardan sonra Qərblə münasibətləri yaxşılaşdıracağını və məcburi hicabla bağlı qanunun icrasını yumşaldacağını vəd edib.

 

 

Şəbnəm

Gununsesi.info