Ukrayna müdafiə nazirinə yeni müavinlər təyin edilib

  • By ilhame
  • 05 İyul 2024 19:28

Ukrayna Nazirlər Kabineti müdafiə naziri Rustem Umerova yeni müavinlər təyin edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

 

Belə ki, Anatoli Kloçko və Aleksandr Sergey müdafiə nazirinin müavinləri təyin olunub.

 

Anatoli Kloçko 2020-2022-ci illərdə Silah Təchizatı Mərkəzi İdarəsinin rəisi olub, 2022-ci ilin oktyabrından isə Baş Kəşfiyyat İdarəsinin hərbi hissəsində xidmət edib.

 

Aleksandr Sergey isə 2010-cu ildən Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifələrdə çalışaraq ordunun maddi-texniki təminatına cavabdeh olub.

Gununsesi.info