Babək rayonunda yol qəzası olub

  • By ilhame
  • 05 İyul 2024 22:10

Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb.

 

Gununsesi.info xəbər verir ki, rayonun Cəhri qəsəbəsi ərazisində baş verən qəzada iki məktəbli xəsarət alıb.

 

Hadisə zamanı Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Rəhimli Rəhim Famil oğlu və Babək şəhər sakini Babazadə Rza Səid oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info