Babək rayon sakinini öldürməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb

  • By ilhame
  • 06 İyul 2024 19:28

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

 

Gununsesi.info-ya bu barədə Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.

Gununsesi.info