
ABŞ Senatının bir qrup təmsilçisi Ermənistana səfər edib.
Gununsesi.info-nun erməni mediasına istinadən verdiyi xəbərə görə, İrəvanda olan amerikalı senatorlar Rusiyanın Cənubi Qafqaz regionu üçün təhlükəsindən danışıb.
Senatorlar Qrupunun rəhbəri Roger Uyker İrəvanda rəsmi Bakıya da çağırış edib.
“Buradan Azərbaycana və ATƏT-dəki digər tərəfdaşlarımıza müraciət edirəm. Putin Rusiyası ilə birləşmənin nəyə gətirib çıxaracağına ehtiyatlı olun. Diqqətli olun ki, Rusiya böyük ayısı keçmiş sovet ölkələri üzərində dominatlığa cəhd etməsin”.
R.Uyker Ermənistan parlamentinin sipikeri A.Simoniyanla görüşdən sonra erməni xalqının və hökumətinin sülh müqaviləsinin başa çatdığını, demorkasiya və delimitasiya prosesinin başlanmasını, hərbi əsirlərin qaytarılmasını və sərhədlərin açılmasını görmək istədiyini bildirib.
Uyker deyib ki, biz bu məsələlərdə sizin yanınızdayıq.
Hələlik senatorun açıqlamasına nə Rusiya nə də Azərbaycandan açıqlama gəlməyib.
ABŞ son zamanlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün müxtəlif səviyyələrdə bir neçə dəfə bəyanat verib.
Ceyhun Alışlı
Gununsesi.info