
Ötən həftə Ukraynada 5 – Xarkovda 1 və Donetsk vilayətində 4 yaşayış məntəqəsi Rusiyanın nəzarətinə keçib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamada 29 iyun-5 iyul tarixləri arasında Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumatlar yer alıb.
Açıqlamada Ukraynada hərbi hədəflərə qarşı yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə 23 hücum təşkil edildiyi qeyd olunub.
Bəyanatda Rusiya ordusunun cəbhə xəttində mövqelərini yaxşılaşdırdığı, son bir həftədə Xarkov vilayətində 1, Donetsk vilayətində isə 4 yaşayış məntəqəsinin ələ keçirildiyi bildirilib.
Həmçinin açıqlamada 2 Ukrayna döyüş təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, “Bundan əlavə, hava limanlarında 5 “Su-27” tipli təyyarə və 1 “Mi-24” tipli helikopter və 2 ” Su-27 tipli helikopter məhv edilib”.
Sözügedən tarixlərdə 32 Ukrayna əsgərinin təslim olduğu bildirilən açıqlamada aşağıdakılar qeyd olunub: “Hərbi əməliyyat başlayandan indiyədək 626 təyyarə, 277 helikopter, 27 min 228 PUA, 537 hava hücumundan müdafiə raket sistemi, 16 min 506 tank və zirehli texnika, 1364 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 11 min 386 haubitsa və 2 min minaatan, 345 xüsusi hərbi maşın məhv edilib”,– deyə açıqlamada vurğulanır.
Ceyhun
Gununsesi.info