
İşğaldan azad olunan ərazilərdə seçki məntəqələrinin yaradılması üzərində işləmişik.
Gununsesi.info xəbər verır ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib
Ötən dəfəki seçkilərdə 26 məntəqə var idi, indi yəqin ki, kifayət qədər artacaq:
“Çünki əhalinin qayıdış proqramı ilə əlaqədar oraya qayıdan əhalinin sayı da artıb. Növbəti iclasda bu məsələ gündəliyə çıxarılacaq”. (Report)