Məhkum həbsdə öldü

  • By ilhame
  • 06 İyul 2024 20:32

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

 

Orada cəza çəkən məhkum Rufulla Xeyrulla oğlu Baxşıyev vəfat edib.

 

Onun xəstəlikdən öldüyü bildirilir.

 

Xatırladaq ki, iyulun 4-də Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində məhkum Azad Müseyib oğlu İsmayılov xəstəlikdən vəfat etmişdi.

Gununsesi.info