Kərəm Mustafayev yerinə o təyin olundu

  • By ilhame
  • 05 İyul 2024 21:54

Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.

 

Məlumata görə, Vətən müharibəsi qəhrəmanı general-mayor Kənan Seyidov Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

 

Qeyd edək ki, general Kənan Seyidov Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə, müxtəlif orden və medallarla o cümlədən, Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif edilib.

Kərəm Mustafayev  məlumatı təsdiq edib.

Gununsesi.info