
ABŞ-dakı bir qrup siyasi donor, fəal və biznes nümayəndələri, Amerika demokratiyasının təsisatlarını qorumaq üçün yaradılmış Liderlik İndi Layihəsi ABŞ prezidenti Co Baydenə məktub göndərərək onu seçki yarışından geri çəkilməyə çağırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Amerika prezidentinə göndərilən müvafiq məktubu 168 nəfər imzalayıb.
Orada deyilir: “İndi Corc Vaşinqtonun etdiyi kimi məşəli keçərək irsinizi möhkəmləndirməyin vaxtıdır. Biz sizi hörmətlə demokratiyamız və millətimizin gələcəyi naminə təkrar seçki yarışından geri çəkilməyə çağırırıq”.
Bildirilir ki, məktub Ağ Evin bir neçə məsləhətçisinə çatdırıldıqdan sonra imza toplamaqda davam edib. Leadership Now Project-in icraçı direktoru Danielle Ballou-Aares qəzetə şərh verməkdən imtina etdi.
“Ölkəmiz üçün bu mühüm məqamda Corc Vaşinqtonun etdiyi kimi məşəli ötürərək mirasımızı möhkəmləndirməyin vaxtıdır”, – deyə məktub müəllifləri bildiriblər.
İmzalayanlar arasında milyarder investor Mayk Novoqratz, Google-un keçmiş icraçısı Ning Mosberger-Tang, Bridgewater Associates investisiya şirkətinin top meneceri Kevin Brennan, Harvard Hüquq Məktəbinin professoru Lourens Lessiq və Nyu-York Universitetinin professoru Scott Galloway da var.
Şəbnəm
Gunusesi.info