“İnter” Polşa millisinin futbolçusunu transfer edib

  • By ilhame
  • 06 İyul 2024 19:46

İtaliyanın “İnter” klubu digər A Seriyası təmsilçisi “Napoli”dən Pyotr Zielinskini transfer edib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı polşalı futbolçu ilə müddəti 2028-ci ilə qədər olan müqavilə imzalanıb.

 

Qeyd edək ki, 2016-cı ildən “Napoli” klubunun formasını geyinən yarımmüdafiəçi bu müddət ərzində 364 oyun keçirib, 51 qola imza atıb. P.Zielinski Polşa millisinin heyətində meydana çıxdığı 93 matçda 12 qolla yadda qalıb.

Gununsesi.info