
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova bildirib.
İclasda YAP-ın 77 səlahiyyətli nümayəndələri və 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb. Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.