
Səudiyyə Ərəbistanının Şərqiyyə və Rub əl-Xali bölgələrində yeni xam neft və təbii qaz yataqlarının aşkar edildiyi açıqlanıb.
Gununsesi.info-nun məlumatına görə, Səudiyyə Ərəbistanının energetika nazirinin bununla bağlı bəyanatı ölkənin rəsmi agentliyi SPA-da dərc olunub.
Nazir Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Şərqiyyə bölgəsində iki qeyri-ənənəvi və yüngül neft yatağı, Rub əl- Xalidə isə iki təbii qaz yatağı tapdığını bildirib.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı gündəlik təxminən 10 milyon barrel xam neft hasil edir və bunun da təxminən, 7 milyon barrelini ixrac edir.
Ceyhun
Gununsesi.info