
“İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, İran Hizbullahı bütün vasitələrlə dəstəkləyəcək”.
Gununsesi.info xəbər verir ki, bunu İranın ali dini liderinin müşaviri Ayətullah Əli Xamenei və İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi Financial Times (FT) qəzetinə müsahibəsində deyib.
Xarazinin sözlərinə görə, genişmiqyaslı münaqişə baş verərsə, Livan xalqı, ərəb ölkələri və “müqavimət oxu”nun üzvləri İsrailə qarşı mübarizədə Livana dəstək verəcək:“Bu vəziyyətdə bizim Hizbullaha hər vasitə ilə dəstək olmaqdan başqa çarəmiz olmayacaq”.
Onun sözlərinə görə, heç kim münaqişənin qızışmasında maraqlı deyil:“Müharibənin genişləndirilməsi nə İranın, nə də ABŞ-ın maraqlarına uyğun deyil”.
Xatırladaq ki, iyun ayında İsrail Müdafiə Qüvvələri (IDF) Livanda hücum üçün əməliyyat döyüş planlarını təsdiqlədiyini bildirib.
Hərbçilər işğal planlarının təsdiqləndiyini açıqlayıblar.
Hizbullah da öz növbəsində müharibə olacağı təqdirdə bütün İsraili vuracağı ilə hədələyib.
Şəbnəm
Gununsesi.info