Azərbaycan Pakistandan 40 ədəd dördüncü nəsil “JF-17 Thunder” qırıcısı alacaq

  • By Admin2
  • 11 İyun 2025 12:55

Azərbaycan Pakistandan 40 ədəd dördüncü nəsil “JF-17 Thunder” qırıcısı alacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bildirilib ki, Bakı əvvəlki sifarişini genişləndirərək “JF-17” təyyarələrinin sayını 16-dan 40-a çatdırıb.

Sözügedən alqı-satqı 4,6 milyard ABŞ dolları dəyərində olan müdafiə sazişinin bir hissəsidir.

“JF-17 Thunder” təyyarələri Pakistan və Çin tərəfindən birgə istehsal olunur və son illərdə müxtəlif ölkələr tərəfindən maraqla qarşılanır.

Gununsesi.info