Qala gecəsinə azyaşlı oğulları ilə qatıldı - Fotolar

Dünyaşöhrətli müğənni Rihanna Los-Ancelesdə keçirilən “Şirinlər” filminin qala gecəsinə övladları ilə qatılıb.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, gecədə sənətçinin azyaşlı oğulları Rza və Riot Rouzun tərzi diqqət çəkib.

Qeyd edək ki, Rihanna reper A$AP Rocky ilə (əsl adı Rakim Mayers) evlidir.

Onların yaxın zamanda qız övladı dünyaya gələcək.