“Mətbuatın azad olub-olmaması mübahisəli məsələdir” - Fazil Mustafa

“Mətbuatın 150 illiyi Azərbaycan arealında olan bir tarixdir. Xüsusi ilə də “Əkinçi”-dən sonra ortaya çıxan tarixdir. Mətbautın nə qədər azad olması və olmaması bir az mübahisəli mövzudur, bunu təyin etmək çətindir”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasın Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat hesab edir ki, daha çox peşəkarlıq məsələsi müzakirə mövzusu olmalıdır:

“Hazırda Azərbaycan mətbuatının peşəkarlığı arzuolunan səviyyədə deyil. Bu isə təhsillə bağlı bir məsələdir, peşəkar jurnalistlərin yetişməsi üçün lazım olan mühitin olmaması ilə bağlıdır. Buna baxmayaraq, Azərbaycanda öz istedadı ilə peşəkarlığını ortaya qoyan xeyli jurnalistlər də var və onları gözardı etmək olmaz. Hər halda bu sahədə müəyyən nüfuzu, avtoriteti, peşəkarlığı ilə seçilən jurnalistləri də bu sahənin üzünü ağardan insanları kimi görmək lazımdır”.

Qeyd edək ki, 22 iyul Mətbuatın 150 illik yubileyidir.

 

 

Orxan

Gununsesi.info