Rusiyada Mi-8 helikopteri radarlardan itib

Rusiyada “Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk şəhərindən Maqadana uçan zaman yoxa çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti bildirib.

Məlumata görə, təyin olunmuş vaxtda Oxotsk şəhərindən Maqadan şəhərinə uçuş zamanı “Vzlet” aviaşirkətinin Mi-8 helikopteri rabitəyə cavab verməyib.

İtkin düşən helikopterin axtarışı üçün Oxotskdan Mi-8 helikopteri, Maqadandan isə An-26 təyyarəsi havaya qalxıb.

İtmiş Mi-8 helikopterinin göyərtəsində üç ekipaj üzvü və iki texniki işçi var.

Gununsesi.info